Sərbəst güləş üzrə Olimpiya mükafatçısı, üçqat dünya və üçqat Avropa çempionu Hacı Əliyev ikinci dəfə ata olub.
Hokm.az Oxu.az-a istinadən xəbər verir ki, onun bu gün qızı dünyaya gəlib.
Uşağa Əsma adı qoyulub.
Qeyd edək ki, altı gün sonra yubileyini – 30 yaşını qeyd edəcək Hacı Əliyevin ilk övladının adı Aişədir.