Gürcüstanın altıncı prezidenti Mixail Kavelaşvilinin andiçmə mərasimi başa çatıb.
Hokm.az xəbər verir ki, mərasimin rəsmi hissəsi parlamentin plenar zalında keçirilib. Kavelaşvili Gürcüstan Konstitusiyasına and içib – ölkənin əsas qanununun həmin nüsxəsi parlamentin muzeyində saxlanılacaq və hər dəfə dövlət başçısının andiçmə mərasimi zamanı istifadə olunacaq.
***
Gürcüstanın altıncı prezidenti Mixail Kavelaşvilinin andiçmə mərasimi başlayıb.
Hokm.az xəbər verir ki, saat 11:00-da başlayan mərasim Gürcüstan parlamentin plenar zalında keçirilir.
Andiçmədə Kavelaşvilini prezident seçmiş 300 seçici, o cümlədən deputatlar, Gürcü Pravoslav Kilsəsinin nümayəndələri, Konstitusiya və Ali Məhkəmələrin rəhbərləri, Mərkəzi Seçki Komissiyasını və hökumətin üzvləri iştirak edirlər.