Ukraynanın ərazi bütövlüyü uğrunda Ukrayna Silahlı Qüvvələrinin tərkibində döyüşən “Gürcü Legionu”nun komandiri Mamuka Mamulaşvili Azərbaycanı, Azərbaycan xalqını və Azərbaycan Ordusunu Yeni il və Qarabağdakı parlaq qələbə münasibətilə təbrik edib.
Hokm.az Publika.az-a istinadən xəbər verir ki, o, təbrik mesajını “Gürcü Legionu”nun “Facebook” səhifəsi üzərindən paylaşıb.
Komandir deyib ki, Qarabağın qələbəsi Qafqazda işğal üzərində qələbənin ilk addımdır, növbəti işğal üzərindəki qələbə isə Gürcüstanın olacaq öz ərazi bütövlüyünü bərpa etməklə.
Qeyd edək ki, Ukraynada M.Mamulaşvili Xalq qəhrəmanı, İvan Mazepa Xaç ordeni və Ukraynaya qurban verdiyi və sevdiyi üçün medalı ilə təltif edilib.