Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarlıq sahəsində fərqlənən biznes təmsilçiləri üçün “Dayaq” mükafatının təqdimat mərasimini keçirib. Tədbirdə Prezidentin köməkçisi Şahmar Mövsümov, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Kənd təsərrüfatı naziri İnam Kərimov, Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri (KOBİA) Orxan Məmmədov və digər rəsmilər iştirak edib.
Mərasimdə yüksək dövlət mükafatı – “Dayaq” mükafatı ilə təltif olunanlar arasında Azərbaycan Beynəlxalq Biznes Partnyorları Klubunun (BPC) sədri, “Agromix” şirkətinin təsisçisi Gülpəri Bayramova da yer alıb. Ali mükafatı xanım sahibkara Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təqdim edib.