Güclü sel 511 can aldı, 55 min ev dağıldıbackend

Güclü sel 511 can aldı, 55 min ev dağıldı

Hindistanda keçən aydan davam edən leysan yağışları nəticəsində yaranmış daşqınlar 511 insanın həyatına son qoyub.

Hokm.az Yenicag.az -a istinadən xəbər verir ki, statistik məlumatı Hindistanın su resursları üzrə Mərkəzi komissiyası (CWC) yayıb.

İnformasiyaya əsasən, ölkənin 91 regionuna toxunan güclü yağışlar nəticəsində, 55 min ev dağılıb, 1 milyondan çox mal-qara tələf olub.

Məlumat üçün qeyd edək ki, bu leysanlar son 64 il ərzində Hindistanda ən güclüsü hesab olunur.

  •  (0)
  •  (0)