“Ölkə ərazisində başlayan güclü şimal-qərb küləyi və yağıntılı hava şəraiti mülayimləşəcək”.
Hokm.az xəbər verir ki, bunu “oxu.az”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
O bildirib ki, axşama doğru yağıntılar kəsiləcək:
“Eyni zamanda, güclü şimal-qərb küləyi tədricən mülayimləşəcək. Gündüz saatlarında mülayim cənub küləyinin əsəcəyi gözlənilir.