Gözəlliyə qurban verilən orqanlar:Kimi qaşını, kimi belini…- Qadınların əsilzadəlik SİRRİbackend

Gözəlliyə qurban verilən orqanlar:Kimi qaşını, kimi belini…- Qadınların əsilzadəlik SİRRİ

Gözəlliyə qurban verilən orqanlar:Kimi qaşını, kimi belini…- Qadınların əsilzadəlik SİRRİ…

Deyirlər ki, gözəllik qurban tələb edib. Əsrlərdir qadınlar gözəllikləri üçün hətta sağlamlıqlarını da qurban verirlər. İş hətta o yerə çatıb ki, qadınlar gözəllik üçün orqanlarının da yerini dəyişdirir. Ancaq bu, yenilik deyil. Qədim dövrlərdən bəri qadınların gözəllik sirri həm də ağrılı-acılı olub. Cebhe.info qadınların dəb üçün qurban verdiklərindən yazır.

1. Antik Yunanıstanda “unibrow” dəbdə idi. Qadınlar qaşlarına rəngli toz sürtər və beləliklə daha gözəl göründüklərini düşünürdülər. Orta əsrlərdə qadınlar yeni üsul tapdılar. Bu dəfə onlar qaşlarını dibdən qırxır və yerinə rəngli boyalarla istədikləri kimi yeni qaş çəkirdilər. Qaş rəngində istifadə edilən mürəkkəb olduqca bahalı idi. Onu hər qadın ala bilməzdi. Qaş rəngindən qadının nə qədər imkanlı olduğu bəlli olurdu.

2. 14-cü əsrin sonunda qadınlar arasında uzun boyun və geniş alın yarışı başladı. Yarışı Bavyera kraliçası İsabeau başlatmışdı. Qadınlar alınlarının daha geniş görünməsi üçün saçlarını başlarının ortasına qədər təraş edirdilər. Hətta buna görə qaşlarını da qurban verirdilər.

3.18-ci əsrdə başqa bir dəb ortaya çıxdı. Bu dəfə solğun bəniz dəbə mindi. Qadınlar daha solğun görünmək üçün İngiltərədə hətta gübrədən də istifadə edirdilər. Qadınlar bu dönəmdə rənglərini soldurmaq üçün arsenikdən də istifadə edirdiər ki, bu da təhlükəli idi.

4.Uzun dırnaqlar da indinin dəbi deyil. Çində yüz illər əvvəl dəbə minmişdi. Bu, həm də qadının nə qədər zəngin olmasına işarə idi. Uzun dırnaqlı qadın evdə heç bir iş görə bilməzdi. 19-cu əsrin sonlarında ölkəni idarə edən Qinq xanədanlığında qadınlar arasında uzun dərnaq dəb idi.

5.Qadınların ən böyük həvəsi uncə beldir. Bellərini incəltmək üçün qadınlar hələ qədim zamanlardan korsetlərdən istifadə edirdilər. Deyilənə görə, hətta tünc dövründə belə qadınlar daha incə bel arzusunda olublar. Vücudlarını qum saatına bənzətmək istəyən qadınlar özlərini məngənəyə salırdılar. Gözəl görünsələr də, bu, onlarda bayılma, qusma, qəbizlik əmələ gətirirdi, çünkü korsetdən daimi istifadə orqanların yerini belə dəyişdirirdi.

6. 18-i əsrdə İngiltərədə daha bir dəb oraya çıxdı. İngilislər üçün ağ rəngli dəri əsilzadə nişanəsi sayılırdı. Çünki ağ dəri həmin şəxsin Günəş şüası altında işləmək məcburiyyətində qalmadığını göstirirdi. Qadınlar özlərinin daha ağ rəngdə olduqlarını göstərmək üçün sinələrinə hətta mavi damarlar çəkməyə başlamışdılar.

cebhe.info

  •  (1)
  •  (1)