Göyçay rayonunda zəncirvari qəza baş verib.
Hadisə Bakı-Şamaxı-Yevlax magistral yolunun 223-cü kilometrliyində, Göyçay şəhərinin Xurşudbanu Natavan küçəsində qeydə alınıb.
Yevlax istiqamətində hərəkət edən “VAZ-21015” markalı minik maşını idarəetməni itirərək digər iki “VAZ” markalı avtomobillərə çırpılıb. Nəticədə sürücülərdən biri – İntiqam Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır. (report)
Hokm.az