Göyçayda konyak zavodunda güclü yanğın – VİDEO – YENİLƏNİBbackend

Göyçayda konyak zavodunda güclü yanğın – VİDEO – YENİLƏNİB

Göyçayda zavod yanır.

“Qafqazinfo” xəbər verir ki, axşam saatlarında rayonun Yalman kənd ərazisində olan Konyak zavodunda yanğın baş verib.

Havanın küləkli olması səbəbindən alov zavod ərazisini əhatə edib. Əraziyə FHN-nin yanğından mühafizə xidmətinin canlı qüvvəsi və texnikası cəlb edilib. Hazırda yanğın davam edir.

Faktla bağlı araşdırma aparılır.

***

FHN-dən “Qafqazinfo”ya verilən məlumata görə, Göyçay rayonunun Ləkiçılpaq kəndində, konyak zavodunun ərazisində ümumi sahəsi 465 m² olan tikilinin dam örtüyünün yanar konstruksiyaları 350 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hokm.az

  •  (0)
  •  (0)