General atasının işdən çıxarılmasına səbəb olmuş “çipsi əzən Rüstəm”in FOTOLARIbackend

General atasının işdən çıxarılmasına səbəb olmuş “çipsi əzən Rüstəm”in FOTOLARI

General-mayor Novruzəli Orucovun işdən çıxarılmasına səbəb olan Rüstəm Orucov marketdə məhsulları əzməsi ilə yenidən mətbuatın gündəminə düşüb.

Hokm.az BAKU.WS-ə istinadən xəbər verir ki, gənc Orucov indiyə kimi bir çox qalmaqallı hadisə ilə diqqət mərkəzinə düşüb.

Rüstəm Orucov hələ 4 il əvvəl xuliqanlıq etdiyinə görə 4 il müddətinə həbs edilmişdi. Belə ki, 2017-ci ilin iyulun 3-də Bakı şəhər sakini R.Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi BMW markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə, ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə R.Orucov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Xatırladaq ki, general-mayor Novruzəli Orucov Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilib.

  •  (0)
  •  (5)