“Gənclər üçün Qarabağ: Tarix və Mədəni İrs” layihəsi uğurla yekunlaşıbbackend

“Gənclər üçün Qarabağ: Tarix və Mədəni İrs” layihəsi uğurla yekunlaşıb

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Gənclər üçün Qarabağ: Tarix və Mədəni İrs” layihəsi uğurla yekunlaşıb. Layihə gənclər arasında Qarabağın tarixi, mədəni irsi və gənc şəhidlərin qəhrəmanlıq yoluna dair fərqindəliyi artırmağı hədəfləyib. Müasir dövrün tələblərinə uyğun olaraq layihə çərçivəsində rəqəmsal texnologiyalar və süni intellekt əsas alət kimi seçilib.
Layihənin ilkin mərhələsində Qarabağ bölgəsinə dair etibarlı tarixi mənbələr, arxiv materialları və faktlar araşdırılıb, məlumatlar sistemləşdirilərək rəqəmsal məzmuna uyğunlaşdırılıb. Paralel olaraq sosial media platformalarında gənclərin maraqlarına cavab verən məzmun strategiyası formalaşdırılıb. Layihənin əsas icra mərhələsində süni intellekt texnologiyalarından istifadə edilməklə 6 ədəd, hər biri 1 dəqiqəlik “danışan şəkillər” formatında video hazırlanıb.
Bu videolarda gənc şəhidlərin həyat yolu, Qarabağ uğrunda apardıqları mübarizə və vətənə bağlılıq hissi emosional və təsirli formada təqdim olunub. Qısa və dinamik format seçimi mesajın gənclər üçün daha anlaşılan və cəlbedici olmasına imkan yaradıb. Layihə çərçivəsində könüllülər prosesə cəlb olunub və video-məzmunların sosial şəbəkələrdə yayımı təmin edilib.
Sosial media üzərindən aparılan təbliğat fəaliyyəti layihənin geniş auditoriyaya çatmasına şərait yaradıb və Qarabağ mövzusuna marağı artırıb. Layihə eyni zamanda gənclərdə milli kimlik, tarixi məsuliyyət və sosial yaddaşın möhkəmlənməsinə töhfə verib. Layihə ilə bağlı materiallar bir neçə xəbər saytında yayımlanaraq ictimaiyyətə təqdim olunub.
Layihənin davamlılığını təmin etmək məqsədilə könüllülərdən ibarət “Gənc Maarifçilər” şəbəkəsinin formalaşdırılması və sosial media üzərindən maarifləndirici paylaşımların davam etdirilməsi nəzərdə tutulur. “Gənclər üçün Qarabağ: Tarix və Mədəni İrs” layihəsi sübut etdi ki, müasir texnologiyalar milli dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi üçün güclü vasitəyə çevrilə bilər. Bu təşəbbüs gənclərin keçmişi dərk edərək gələcəyə daha məsuliyyətli addımlarla irəliləməsinə xidmət edir.

  •  (0)
  •  (0)