COVID-19-un “delta” variantı gənclərə daha çox təsir edir.
Hokm.az xəbər verir ki, bunutibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə qeyd edib.
O bildirib ki, “delta” ştammı gənclər arasında daha çox ağciyərlərin geniş həcmli zədələnməsi ilə müşahidə edilir:
“Bildiyimiz kimi, hazırda ölkəmizdə karonavirusun “delta” variantı yayılmaqda davam edir. Son həftələrdə “delta”ya yoluxan gənc şəxslərin daha tez ağırlaşmasını müşahidə edirəm. Bu şəxslərin KT müayinəsində ağciyərlərin 70-80%, hətta 90% zədələnməsi aşkar edilir”.
O əlavə edib ki, koronavirusun “delta” ştammı gənc şəxlərdə yüksək hərarətlə davam edir.
V.Cavadzadənin sözlərinə görə, koronavirusun bu variantına yoluxan gənclərdə hətta xəstəliyin ilk həftəsindən ağciyərlər geniş həcmdə zədələnir.metbuat.az