Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gənclər Azad Sahibkarlıq Fəaliyyətində” İctimai Birliyinin həyata keçirdiyi “Peşə təhsili alan gənclərin turizmdə sahibkarlıq fəaliyyəti sahəsində bilik və bacarıqlarının artırılmasına dəstək verilməsi” adlı layihə başa çatdı.
Hokm.az xəbər verir ki, Layihə Qax və Zaqatala rayonlarında peşə təhsili müəssisələrində təhsil alan və hazırda məzun olan gənclərə turizm sahəsində sahibkarlıq və biznes ideyalarının təhlil olunması üçün köməklik göstərdi.
Əvvəlcə 15-16 mart, 2022 – ci il tarixlərində Zaqatala və Qax rayonlarında 100 gənc arasında turizm nədir və hansı sahələrinə dair sorğular keçirildi və rəyləri alındı. Sorğular nəticəsində gənclərin turizm sahəsində bütün məlumatları almaqlarını öyrəndik və təlimçi Sara Rəcəbli «turizm nədir?» təqdimatını və turizmdə inkluzivlik oyununu hazırladı. 19-20 aprel, 2022-ci il tarixlərində Zaqatala və Qax rayonlarında yerləşən Peşə məktəblərində təhsil alan tələbələrə təlim keçirildi. Təlimdə gənclər fəal iştirak etdilər, komandalara bölünüb turizimdə inkluzivlik oyununuda fəallaşdılar. Təlimdə həmçinin, gənclərə turizmdə otel və restoran işinin təşkilinə dair məlumatlar verildi. Həmçinin, Zaqatala və Qax rayonlarında turizm əhəmiyyətli yerlərdən və bələdçilik biznesinin təşkilinin gəlirliyinən danışıldı.
Təlimdə Zaqatala və Qax Peşə Məktəblərindən 100 nəfər iştirak etdilər və təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olundu. Təlimdə, həmçinin, Qax Rayonu İcra Hakimiyyətinin baş məsləhətçisi Orxan Səmədovda iştirak etmişdir.
Layihə Zaqatala və Qax rayonlarında həyata keçirildi.