Bu sözləri “Ölkə.az”a açıqlamasında əməkdar artisti Abbas Bağırov oktyabrın 11-də ermənilərin Gəncədə törətdikləri qətliamdan danışarkən deyib.
Əməkdar artistinin sözlərinə görə, ermənilər dünyaya qədim bir dövlət, millət olduqlarını deyir, halbuki heç bir tarixi faktla bunu sübut edə bilmirlər. “Hamıya bəllidir ki, onlar 17-ci əsrdən bu yana müxtəlif millətlərdən törənən, onun – bunun torpaqlarını zəbt edərək özlərinə dövlət qurublar. Görün, biz hansı düşmənlə mübarizə aparırıq. Bu cür millət yer üzündə olmamalıdır.
Hərbi əməliyyatlar başlanandan özümə gələ bilmirəm. Təsəvvür edin dünən raket hücumu zamanı Gəncədə bütün evlər silkələnib. Bu mənim də evimə düşə bilərdi. O həlak olan insanlar qəlbimizin bir parçasıdır, o uşaqlar mənim övladlarımdır. Mən dünəndən özümə gələ bilmirəm. Bu vəhşiliyin qarşısında nə deyə bilərəm. Alçaq düşmən öz qorxaqlığını, çarəsizliyini bu cür yollarla dinc əhalidən çıxarır. Onlar hadisələri alovlandırmaq üçün, gərginliyi daha da artırmaq üçün raket zərbəsini birbaşa Ermənistan ərazisindən atıblar. Mən dünən bir videoya baxdım. Deməli Fransada Yeniseydə ermənilər bir aksiya təşkil ediblər. Aksiyada iştirak edən ermənilər “Putin teroristdir”, – deyə qışqırırdılar. Hazırda Rusiya ermənilərə öz dəstəyini bildirməsinə baxmayaraq, ermənilər yenə də öz satqın mövqelərini ortaya qoyurlar. Onlar ömürləri boyu Azərbaycanın çörəyini yeyib, havasını udub, bizim musiqilərlə, bizim bəstəkarların irsi ilə qidalanıb sonra bizə xəyanət ediblər. Bunlar yaradılışdan oğru və xəyanətkar bir millətdirlər. Hətta bu, rus şairi A. S.Puşkinin şeirində də təsvir olunub. Onlar əsrlər boyu öz murdarlıqları ilə, terrorist aktları ilə özlərini sübut ediblər”- əməkdar artisti qeyd edib.
Daha sonra əməkdar artisti ermənilərin dünyaya yalan məlumatları yaymağı Azərbaycan siyasətinə, dövlətinə və ordusuna böhtan atmaqda davam etdirdiklərini də vurğulayıb.
“Ermənilər bütün dünyaya yayırlar ki, guya biz dövlət olaraq çökmüşük, ordumuz zəifdir. Azərbaycan ordusu nəinki MDB dövlətləri arasında, dünyada ən güclü orduya sahib olan ölkələrdən biridir. Buna sübut olaraq, ordumuzun bu gün cəbhədə göstərdikləri şücaətlərini, uğurlarını misal gətirə bilərik. Bu gün biz hamımız, uşaqdan böyüyə Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşmişik. Bizim iradəmizi, döyüş əzmimizi heç kəs yıxa bilməz. İşğal altında olan bütün torpaqlarımızda bizim üçrəngli bayrağımız dalğalanacaq”.
Türkiyə dövlətinin Azərbaycan xalqına nümayiş etdirdiyi dəstəyinin önəmindən danışan əməkdar artisiti deyib ki, bu gün bizə dəstək olan qardaş Türkiyəyə öz minnətdarlığımı bildirirəm: “Onların bizə göstərdikləri dəstək həqiqətən də çox önəmlidir. Biz bunu heç vaxt unutmarıq”.
Adi insanların da öz səyi ilə ordumuza dəstək verməsinin önəmindən danışan əməkdar artisti deyib ki, sosial mübarizənin bu müharibədə çox önəmli rol oynayır:
“Bu müharibə cəbhədən başqa, sosial şəbəkələrdə də gedir. Orada da dayanmaq , səngimək olmaz. Biz erməni vandalizmini, bütün həqiqətləri mütləq şəkildə dünyaya çatdırmalıyıq. Mən bir şeyi də nəzərə çatdırmaq istəyərdim ki, bu gün sosial şəbəkələrdə müəyyən problemlər var, bu da informasiya müharibəsini daha uğurlu formada həyata keçirməkdə bir növ mane olur. Mənə elə gəlir ki, bu qadağalar aradan götürülsə daha yaxşı olar. Düzdür, mən bu sahədə tam bilgiyə malik deyiləm, bəlkə də bu düşmənin müəyyən təxribatlarının qarşısını almaq üçün lazımdır. Ancaq sosial mediada yaranan problemlə bağlı biz, öz sözümüzü xarici mediaya çatdıra bilmirik”.