Türkiyənin İsparta vilayətində yerləşən plyajda bədbəxt hadisə baş verib.
Hokm.az Metbuat.az-a istinadən xəbər verir ki, 36 yaşlı qadın gecə saatlarında göldə üzməyə çalışıb. Lakin müvazinətini itirən qadın suda batıb. Ətrafdakı şəxslərin səs-küyündən sonra yaxınlıqdakı insanlar qadının boğulduğunu görərək dərhal kömək ediblər. Qadın sudan çıxarılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə barədə araşdırmalar davam edir.