Verilişlərə getmirdim. Kanallar məndən inciməsinlər. Şəhidlərə görə heç yerə çıxmırdım.
Hokm.az axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Çingiz Əhmədov “Günün sədası” proqramında deyib. Aktyor oğlu İbrahim Çingizin aktrisa Aydan Axundzadə ilə nişanlanmasından bəhs edib:
“İbrahimin öz seçimidir. Biz də razılaşdıq. Çünki İbrahimin tərbiyəsi aşıb-daşır, ciddi, başqa övladdır. Artıq zarafat sevməz. Mənə yox, anasına oxşayıb. Pandemiya bitsin, toy edəcəyik. İndi biz də qaydalara riayət edirik.
Böyük nişan olmayıb. İki ailə arasında bir söhbət oldu. “Həri” üçün getdik. Onlara bir ata kimi xoşbəxtlik arzulayıram. Onların arxasında dayanmışam. Aydanın da gözəl ailəsi var. Gecə saat 2-3-də ayılıram ki, telefonla danışırlar”.