Gecə boş binadan gələn səs sakinləri qorxutdu – Polis içəriyə daxil olanda… – FOTOLARbackend

Gecə boş binadan gələn səs sakinləri qorxutdu – Polis içəriyə daxil olanda… – FOTOLAR

Türkiyənin Qəhrəmanmaraş vilayətində yerləşən və yerli sakinlər tərəfindən dünyanın “ən axmaq binası” adlandırılan tikilidə oğurluq hadisəsi baş verib.

Hokm.az metbuat.az-a istinadən xəbər verir ki, gecə saatlarında binadan səs eşidən sakinlər qorxuya düşərək polisə xəbər veriblər. Əraziyə baxış keçirən polis təəccüblənib. Onlar 3 gəncin binanın pəncərə və qapılarını oğurladığını müşahidə ediblər. Gənclər nəzarətə götürülüb. 18 yaşlarında olan gənclər bundan əvvəl də binadan oğurluq etdiklərini etiraf ediblər.

Qeyd edək ki, istifadəyə yararsız olan binanın yaxın günlərdə söküləcəyi nəzərdə tutulub.

  •  (0)
  •  (0)