Fransız yazıçısından qadınlar haqqında HİKMƏTLİ İFADƏLƏRbackend

Fransız yazıçısından qadınlar haqqında HİKMƏTLİ İFADƏLƏR

Fransız ədəbiyyatının klassiki Onore de Balzakın yaradıcılığı daim qadın və kişi münasibətlərini mövzusu ətrafında cərayan edib. Yazıçının bioqrafiyasına əsasən deyə bilərik ki, o, bir qayda olaraq özündən yaşca böyük xanımlara aşiq olub. 30-40 yaş arası gözəl və müstəqil qadınlar Balzakın əsl ehtirası idi. Təsadüfi deyil ki, bu yaş dövrünə “balzak yaşı” deyirlər.

“Balzak yaşı”qadınların 30-40 arası yaş dövrü nəzərdə tutulur. Bu termin Onoro de Balzakın (1799-1850) “Otuz yaşlı qadın” (1832) romanından sonra meydana gəlib. Əsərin baş qəhrəmanı 30 yaşlı vikontessa de Bossean öz düşüncəsi, azadlığı, zövqü ilə fərqlənirdi. Əsər çapdan çıxdıqdan sonra tezliklə, 30-40 yaş arası qadınlara ironiya ilə “balzak qəhrəmanı”, “balzak qadını” kimi ifadələrlə müraciət edirdilər. Sonradan isə “balzak yaşı” termini geniş istifadə edilməyə başlayır.

Hokm.az bu yazıda oxucuları Balzakın qadınların ünvanına dediyi qiymətli sitatları ilə tanış edir. Bu fikirlər həm xanımlar, həm də bəylər üçün eyni dərəcədə maraqlı və faydalı ola bilər. Odur ki, klassikin qadın psixologiyasını yaxından tanımağa kömək edən fikirlərini oxumağa dəyər. Axı dahi şəxsiyyətlərin fikirləri beyin və ruh üçün mənəvi qidadır.

1. Öz arvadını məşuqəsi edə bilməməsi göstərir ki, sadəcə kişi iqtidarsızdır. Bütün qadınları tək bir qadında tapmağı bacarmaq lazımdır.

2. Qadın bir yerişi ilə heç nə görməyə imkan vermədən özü haqqında hər şeyi deyə bilər.

3. Öz ərinə gülən qadın onu bundan artıq sevə bilməz.

4. Qadın sevdiyi kişinin üzünü eyni ilə dənizçinin açıq səmanı tanıdığı kimi yaxşı tanıyır.

5. Krallar da, qadınlar da onlar üçün edilən hər bir işin ödənilməsi lazım olan borc olduğuna inanır.

6. Ondan heç nə gizlədilmədiyinə inandırılmış bir qadını aldatmaqdan daha asan heç nə yoxdur.

7. Dünyada bir qadın üçün kişini öz təsiri altına sala bilmək qədər zövqlü heç nə yoxdur.

8. Bir qadın sevdiyi kişinin başqa qadınla xoşbəxt olduğunu görməkdənsə, onun can verməsini görməyi seçər.

9. Qadınlardan necə kişi axtardıqlarını soruşsanız, “iddialı və güclü” deyərlər. Digərlərinə nisbətən güclü kişilər daha enli kürək, ürəkləri isə daha istidir, qanlarında daha çox dəmir var. Qadın güclü kişinin qollarında özünü o qədər gözəl və xoşbəxt zənn edər ki, parçalanmaq təhlükəsi altında qalsa da, üstün qüvvəsi olanı bütün kişilərdən üstün tutar.

10. Sevilən qadın dünyanın ən gözəl qadını deyilmi?

11. Ana ürəyi həmişə bağışlamağı bacaran bir uçurumdur.

12. Qısqanc ər əslində həyat yoldaşından yox, özündən şübhə edir.

13. Heç kim qadını gənc və ya kamil, gözəl və ya çirkin, ağıllı və ya axmaq olduğu üçün sevmir. Onu heç bir səbəbsiz sevirlər, sadəcə sevdikləri üçün sevirlər.

14. Qadını idarə edə bilən kişi hakimiyyəti də idarə edə bilər.

15. Qadının ancaq sonuncu məhəbbəti kişinin ilk sevgisi ilə müqayisə edilə bilər.

16. Qadın onu problemlərdən xilas edən kişiyə aid olmalıdır.

17. Qadın başqasına aid olan kişi üzərində qələbə qazanmağı sevir.

18. Qadının məşuqəsi ola bilən heç bir kişi onun dostu olmur.

19. Kişinin həmişə eyni qadınla xoşbəxt ola bilməcəyini düşünmək absurddur. Bu iddia ona bənzəyir ki, yaxşı musiqiçiyə pyes ifa etmək üçün bir neçə skripka lazımdır.

20. Hətta ən dərin etiraflarında qadın üçün həmişə sükünətə yer qalır. publika.az

  •  (0)
  •  (0)