Fransa Ermənistanın silahlandırılması proqramında iştirak edir – Hikmət Hacıyevbackend

Fransa Ermənistanın silahlandırılması proqramında iştirak edir – Hikmət Hacıyev

Fransa tərəfindən Ermənistana verilən öldürücü silahlar var.

Hokm.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Ermənistan tərəfinin silahlanmasının arxasında duran əsas qüvvələrdən biri Fransadır:

“Təəssüf edirik ki, Fransa beynəlxalq hüquqa zidd olaraq Ermənistanın silahlandırılması proqramında iştirak edir. Ermənistan işğalçı və təcavüzkar dövlətdir. Bu baxımdan onun silahlandırılması mütləq məsuliyyətli məsələdir”.

Hikmət Hacıyev, həmçinin qeyd edib ki, Ermənistan və Azərbaycan arasında qarşılıqlı sülh danışıqları gedirsə, burada üçüncü ölkəyə ehtiyac yoxdur. “Əksinə üçüncü ölkənin bölgədə olması münasibətlərin normallaşmasına zərər yetirir”, – o əlavə edib.

 

  •  (0)
  •  (0)