Ötən il Azərbaycanda baş vermiş yanğın hadisələri zamanı 40 nəfər həlak olub, 210 nəfər xəsarət alıb.
Hokm.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatında bildirilib.
2024-cü il ərzində respublika ərazisində 67 partlayış hadisəsi baş verib. Nəticədə 33 nəfər həlak olub, 99 nəfər xəsarət alıb və 31 nəfər xilas edilib.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, örən il respublika ərazisində 235 təbii mənşəli hadisə qeydə alınıb, nəticədə 9 nəfər həlak olub, 12 nəfər xəsarət alıb. Nazirliyin xilas ediciləri tərəfindən 3 nəfər xilas edilib, 299 nəfər təxliyə olunub..