Bakıda Formula 1 üzrə Azərbaycan Qran Prisində sərbəst yürüşə start verilib.
Hokm.az xəbər verir ki, bununla da Formula 1 komandaları bolidlərini sınaqdan keçirməyə başlayıb.
Birinci sərbəst yürüş bir saat çəkəcək. Komandalar saat 16:00-dan 17:00-dək isə ikinci sərbəst yürüşə qatılacaq.
Qeyd edək ki, Azərbaycan Qran Prisi iyunun 6-da başa çatacaq.