Xalq artisti Flora Kərimova “Space” radiosunun qonağı olub.
Hokm.az-ın məlumatına görə, söhbət əsnasında o, vəsiyyətini bildirib.
Müğənni deyib ki, insanların onun ölümündən xəbərdar olmasını istəmir:
“81 yaşım var. Qəfil Yaqut sizə deyəcək ki, dünyasını dəyişib. Öləndə insanların bilməsini istəmirəm. Sözümə qulaq asmayıb ziyarətimə gəlməyin. Demişəm, baş daşım olmasın. Bir nişan qoysunlar ki, ailəm sağ olanda ziyarətimə gəlsin. Şəklimi qoymasınlar ki, kimsə gəlib baxanda deməsin ki, yazıq, bu niyə bu günə düşdü?”publika