“Kütlə”, o qədər cahilsiniz ki, dilimizi rəzilliyə apardığınız kimi, mənasını da başa düşməkdə çətinlik çəkirsiniz!”.
Hokm.az xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova sosial şəbəkədə yazıb.
Müğənni “Instagram” hesabında paylaşım etdiyi müsahibəsində “Allahın məni cəzalandırmağa ixtiyarı yoxdur” cümləsinə görə onu təhqir və tənqid edənlərə cavab verib:
“Birinci deyil, onuncu deyil, heç yüzüncü də deyil ki, bu kimi çirkab kampaniyalardan alnı açıq çıxmışam. Bir şey tapmadınız yazmağa? İndi də Allahın qibləsini tanımayanlar məni 80 yaşımda “ALLAHSIZLIQDA” günahlandırır!
Yaradanla allahlar (Şiva, Zevs, Ra) arasındakı fərqi görmürsünüzsə, bu sizin savadsızlığınızdır.
Bir tikə çörək üçün kişiliyinizi, vicdanınızı, ləyaqətinizi, qeyrətinizi tapdalamaq yarışına girmisiniz!
Sözümü dəyişib məni savadsız kütlənin qarğışına, söyüşünə tuş etdiniz! Sonra bundan pul qazanıb aparıb evdəki övladlarınıza yedirdirsiniz. Bəs sonra? Nuş oldu? Bəs sən, Allah dediyin varlıqdan qorxmadın?
Məni başa düşmək üçün sizin nə yaşınız, nə dünyagörüşünüz, nə intellektiniz, nə də savadınız çatmadı. Heç olmasa Flora deyəni elə təhrif edərdiniz ki, min nəfər inansın!
Yaradan “sən”ləri o qədər cılız yaradıb ki, ac qalmamaq üçün mənim təhrif edilmiş cümlələrimə möhtacdırlar!
Dünən biri ölür, tanımadan, bilmədən bu gün nələr yazırsınız şərhlərdə. Artıq o həddə çatmısınız ki, Allahın qədərinə, yazdığı taleyə, ölümə lağ-lağa edirsiniz, “şərh” yarışına çıxırsınız. Görək kim daha yaxşı təhqir yazıb “şərh tutuzduracaq”!!!
Sizin nədən sığortanız var axı bu həyatda? Özündən əminsən, bəs övladlarındandamı qorxmadın ki, bu qınağa görə Allah başına daş salar?!
Virtual qeybətin aludəçiləri, rəzalət içindəsiniz! Yaradan bağışlayacaq sizi?!
Bəli demişəm! “Yaradan hər kəsi bağışlasaydı, cəhənnəmi yaratmazdı!”. Yaradan mənə haqq veribsə, haqqımı çeynəyənlərə halal etmirəm! Təəssüf ki, bu günahlarınızı başa düşəcək biçimdə yaradılmadınız. Təkəbbür, kibir, riyakarlıq içindəsiniz! İndi gedin bu müqəddəs ayda ha tövbə edin, ha namaz qılın!
Ömrümü mən boşuna yaşamadım. Millətimin, xalqımın, insanların və ən əsası yaradanımın yanında sədaqətimi, kimliyimi xırdalamadım! Bu Ramazan ayında bağımda “it ovçularından” gizlədib bəslədiyim küçə itlərinin savabı mənim bəsimdir! “SƏN”lərin duaları olmasa da olar!”azxeber.com