Flora Kərimova: “Dalaşmağa adam axtarıram”backend

Flora Kərimova: “Dalaşmağa adam axtarıram”

Xalq artisti Flora Kərimova “Zaurla Günaydın” verlişində qonaq olub. Onun qızı Zümrüd Londondan proqrama telefonla bağlanıb.             

Hokm.az xəbər verir ki, korifey sənətkar qızı ilə maraqlı söhbətlərini verlişdə nəql edib.

O əvvəlcə Zümrüdün “Necəsiz?” sualına “Yaxşıyam, sataşmağa adam axtarıram” deyərək cavab verib. Sonra üzünü aparıcıya tutaraq bunları söyləyib:
“Zaur, qızım zəng edir, soruşur ki, ana, necəsən? Deyirəm, səndən ötrü çox darıxıram. Qayıdır ki, nə üçün darıxırsan? Bir nəfər tap, dalaş, məhkəməyə ver. Bir-iki il başın qarışsın. Deyirəm, hamıyla dalaşmışam, məhkəməlik olmuşam, hamısında da uduzmuşam. Daha ola bilməz”.sherg.az
  •  (0)
  •  (0)