FIFA Rusiyanın MOİK (Moskva) komandasına transfer qadağası qoyub.
Hokm.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Niderlandın “Herenven” klubuna olan borcunu ödəməyən Moskva təmsilçisi 2026-cı ilin yayınadək heyətinə yeni oyunçu cəlb edə bilməyəcək. Qərar noyabrın 14-də qüvvəyə minib.
MOİK hazırda Rusiya Premyer Liqasında 17 turdan sonra topladığı 28 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.