Azərbaycanın Xalq artisti, kinoaktyor Fəxrəddin Manafovun həyat yoldaşı Vahidə Sadıqova vəfat edib.
Hokm.az xəbər verir ki, bu barədə keçmiş aparıcı Hacı Nuran Hüseynov sosial şəbəkədə bildirib.
O, qeyd edib ki, Vahidə Sadıqova bu gün 65 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib. Xatırladaq ki, Vahidə Sadıqova Azərbaycan dövlət televiziyasının diktoru olub.