“Sabiq mədəniyyət naziri Anar Kərimovun etimadı niyə doğrultmağını deyə bilmərəm. Heç bizimlə hər hansı şəkildə təması olmamışdı ki, bilək nə istəyir, nə görmək istəyir, hansı işləri nəzərdə tutur. Ona görə də, sözün açığı, Anar Kərimovun etimadı niyə doğrultmadığı barədə bilgim yoxdur…”
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Fazil Mustafa deyib.
“Bəlkə, Anar Kərimov heç Mədəniyyət Nazirliyinə etimad doğrultmaq üçün gəlməmişdi? Müəyyən insanlar var ki, onlar üçün etimad məsələsi nəzərdə tutulmur. Gəldi, bioqrafiyasına “nazir olub” yazıldı, çıxdı getdi. Nəsə deməkdə çətinlik çəkirəm. Anar Kərimovun fəaliyyəti ilə bağlı yaxşı mənada heç bir bilgim yoxdur…”, – deputat qeyd edib.