Fariz İsmayılzadə: Britaniya-Azərbaycan münasibətləri sürətlə inkişaf edirbackend

Fariz İsmayılzadə: Britaniya-Azərbaycan münasibətləri sürətlə inkişaf edir

Britaniya-Azərbaycan münasibətləri sürətlə inkişaf edir.

Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Fariz İsmayılzadə  açıqlamasında bildirib ki, Azərbaycan-Britaniya münasibətləri çox sürətlə inkişaf edir.

Onun sözlərinə görə, Azərbaycanda Britaniya investorları olduqca aktiv fəaliyyət göstərir və iqtisadi-ticarət əlaqələri hər keçən gün genişlənir.

Fariz İsmayılzadə qeyd edib ki, Britaniya ilə Azərbaycan arasında humanitar əlaqələr, təhsil və elm sahəsində əməkdaşlıq da yüksələn xətt üzrə inkişaf edir. Azərbaycan tələbələrinin Britaniyada təhsil alma imkanlarının artması, tədqiqat layihələri və universitetlərarası ikili diplom proqramlarının genişlənməsi iki ölkə arasındakı münasibətlərin yeni səviyyəyə çatmasından xəbər verir: “Bu əməkdaşlıq çərçivəsində Britaniya universitetlərinin və elm mərkəzlərinin təcrübəsi Azərbaycanın bu sahələrdə inkişafına böyük töhfə verə bilər. Xüsusilə texnologiya, innovasiya və yeni enerji avadanlıqlarının inkişafında Britaniyanın rolu çox önəmlidir. Biz bu əlaqələrin daha da inkişaf etməsinə hərtərəfli dəstək veririk”.

Bakıda keçirilən COP29-da Baş nazir Kir Starmerin iştirakı Böyük Britaniyanın Azərbaycana göstərdiyi böyük diqqətin göstəricisidir.

“Bu səfər iki ölkə arasında münasibətlərin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir və gələcəkdə bu cür səfərlərin daha da çoxalacağı gözlənilir”, – deyə Fariz İsmayılzadə bildirib.

Fariz İsmayılzadə: Britaniya-Azərbaycan münasibətləri sürətlə inkişaf edir VİDEO
  •  (0)
  •  (0)