“Facebook” Covid-19 peyvəndləri haqda özündə təsdiqlənməmiş məlumatları əks etdirən paylaşımları avtomatik siləcəyini elan edib.
Hokm.az xəbər verir ki, bu haqda şirkət tərəfindən verilmiş açıqlamada bildirilib.
Belə ki, “Facebook” və “İnstagram”-da nüfuzlu səhiyyə qurumları və mütəxxəsisləri tərəfindən rədd edilmiş iddiaları əks etdirən yazıların yer almayacağı bildirilir.
Facebook həmçinin bildirib ki, ABŞ-da Covid -19 epidemiyasının başladığı mart-oktyabr ayları aralığıbda epidemiya ilə bağlı yalnış yazılan 12 milyon mesaj silinib.Sfera.az