Əsir rus mayor Rusiyanın Ukraynanı işğal etmək planlarını açdı – VİDEObackend

Əsir rus mayor Rusiyanın Ukraynanı işğal etmək planlarını açdı – VİDEO

“Ukrayna hərbçiləri 12676 saylı hərbi hissənin batalyon komandirinin müavini, Dmitri Şişkanovu əsir götürüb. İşğalçı bildirib ki, rus qoşunlarına martın 2-si və ya 3-nə qədər Ukraynadan qayıdacaqları vəd edilib. Belə bir dönəmdə Rusiya prezidentinin ölkəmizi ələ keçirəcəyi açıq-aydın gözlənilirdi”.
Hokm.az xəbər verir ki, bu haqda Unian-ın məlumatında deyilir.
“Bizə martın 2-si və ya 3-nə qədər bitəcəyini demişdilər”, – Şişkanov bildirib.
Jurnalist Andrey Tsaplienko maraqlı bir məqama diqqət çəkib: əsir götürülmüş mayorun xidmət etdiyi hərbi hissə Suvorov sahil müdafiə briqadasının iki dəfə Qırmızı Bayraq ordenli 126-cı ayrı Horlivka bölməsidir. Bu hərbi hissə Krımın Perevalnoye kəndində yerləşən və 2014-cü ildə Rusiyaya qaçmış Ukrayna Silahlı Qüvvələrinin 36-cı Sahil Mühafizəsi briqadasının xainləri əsasında qurulub.Qaynarinfo
  •  (0)
  •  (0)