Əsir götürülən rus çağırışçıların sayı açıqlandı – İçlərində Qarabağdan gələnlər varbackend

Əsir götürülən rus çağırışçıların sayı açıqlandı – İçlərində Qarabağdan gələnlər var

Ukraynada əsirlikdə olan 250-300 rusiyalı çağrışıçı əsgər var.

Hokm.az Qaynarinfo-ya istinadla xəbər verir ki, bu barədə Feygin Live proqramının efirində Ukrayna prezidentinin Aparatının rəhbərinin müşaviri Aleksey Aretoviç məlumat verib.

“Onların neçəsinin əsirlikdə olduğunu deyə bilərəm – ən azı 250-300 nəfər var, yalnız çağırışçıları deyirəm”, deyə Aretoviç bildirib.

O, martın 9-da Kiyevdə əsir düşmüş çağırışçıların iştirakı ilə mətbuat konfransı keçirildiyinə diqqət çəkib.

“Çağırışçılar çox maraqlı şeylər danışdılar, 15-ci əlahiddə motoatıcı briqadanın kəşfiyyatçı-çağırışçıları, əvvəllər Suriyada döyüşüblər, Dağlıq Qarabağda olmuş və əvvəllər Donbasda döyüşmüş qondarma “sülhməramlılar”. Suriya və Donbas haqqında və Ukraynadakı Suriya üsulları haqqında, şəhərləri mühasirəyə alanda və orduya qalib gələ bilmədiklərinə görə, indi Mariupolda olduğu kimi, əhaliyə qalib gəlməyə çalışırlar”, – Aretoviç bildirib.

Onun sözlərinə görə, Ukraynada nə qədər rusiyalı çağırışçının döyüşdüyünü söyləmək çətindir, lakin hərbi əməliyyatların getdiyi elə bir istiqamət yoxdur ki, belə hərbçilər olmasın.

Arestoviç hesab edir ki, Ukraynada müharibədə iştirak edən Rusiya ordusunun şəxsi heyətinin ən azı yarısı çağırışçılardır.

“Söhbət ondan gedir ki, burada mənim hesablamalarıma görə, ən azı 80-100 min çağırışçı var”, – Aretoviç bildirib.

O, həmçinin hesab edir ki, Ukraynada həlak olan rus əsgərlərinin yarısı da çağırışçılardır.

  •  (0)
  •  (0)