“Ukraynada müharibə zamanı yaxın insanlarımı itirmişəm.”
Hokm.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov Teleqram kanalında yazıb.
“Yaxınlarımı itirdim. Yaralılar, eləcə də orada döyüşənlərin bu gün əhval-ruhiyyəsi yoxdur. Əsgərlərimiz döyüşdən qorxur. Mən onlara dedim: Narahat olmayın, şeytanların qaçmasına icazə verməyəcəyik, onları məhv edəcəyik”, – deyə Kadırov bildirib.
Qeyd edək ki, Çeçenistan rəhbəri Ramzan Kadırovun Ukraynaya getməsi xəbəri təsdiqini tapmayıb. Ukrayna mediası iddia edir ki, Ramzan Kadırov işğal altında olan Donbassda olub.Alp.az