“Baş nazir Nikol Paşinyanın reytinqi əhəmiyyətli dərəcədə aşağı düşüb”.
Hokm.az “Qafqazinfo”ya istinadən istinadən xəbər verir ki, bunu erməni politoloq Qagik Qambaryan deyib.
“İqtidarda olanlar nə fikirləşirlər? Bəlkə düşünürlər, Azərbaycana 12 min kvadrat metr ərazinin təhvil verilməsini hamı sevinclə qarşılayacaq? Onların toxunulmaz olduqlarını kim söylədi? Satqın Nikola və onun komandasına inamın, rəğbətin azalması gerçəklikdir. Əgər erməni xalqı seçkilərdə səslərinin 70%-ni təslim olan liderlərinə verəcəklərsə, bu o deməkdir ki, onlar müstəqil dövlətə layiq deyillər. Çünki Ermənistanda baş verənlər absurd janrdadır. Belə bir vaxtda da kapitulyasiyaya imza atan adam öz postunda qalmağa cəhd edir”.
Politoloqun sözlərinə görə, Paşinyan xarici siyasətdə “kənarlaşdırılmış” vəziyyətdədir:
“Paşinyan xarici siyastədə “kənarlaşıdırılmış” vəziyyətdədir. Qazaxıstanda yalnız baş nazirlə görüşə bildi. Başqa ölkələrin nümayəndələri ilə heç bir görüş olmadı. Çünki heç bir lider təslim olan kapitulyantla görüşmək istəmədi. Ermənistanı beynəlxalq arenada da sayan yoxdur”.