Ötən gün saxlanılan Ermənistanın fövqəladə hallar naziri Andranik Piloyan həbs edilib.
Hokm.az Gundem.az-a istinadən xəbər verir ki, İrəvan məhkəməsi onun barəsində 2 ay müddətinə həbs qərarı verib.
Böyük korrupsiya işinin tərkib hissəsi kimi nazirliyin saxlanılan daha 8 əməkdaşına qarşı ittiham irəli sürülüb.
A.Piloyan və digərləri nazirliklə əməkdaşlıq edən şirkətdən külli miqdarda rüşvət almaqda şübhəli bilinirlər.