Ermənistanda 180 hərbi qulluqçu həbs olunub, 12 komandir, 2 yüksək rütbəli zabit hədəfdədirbackend

Ermənistanda 180 hərbi qulluqçu həbs olunub, 12 komandir, 2 yüksək rütbəli zabit hədəfdədir

Ermənistan İstintaq Komitəsinin Baş Hərbi istintaq İdarəsinin bölmələrində bu günə qədər Qarabağ müharibəsinə aid 12500-dən artıq şəxslə əlaqədar təxminən 1500 cinayət işi açılıb və araşdırılır.

Hokm.az Ordu.az-a istinadən xəbər verir ki, bu barədə “Joğovurd” nəşri yazıb.

Üstəlik, qeyd olunan cinayət işləri üzrə təxminən 180 hərbi qulluqçu həbs olunub, 500-dən artıq şəxsə qarşı ittiham irəli sürülüb.

12 komandirə, eləcə də 2 yüksək dərəcəli zabitə qarşı cinayət təqibi həyata keçirilir.

  •  (1)
  •  (1)