Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan Azərbaycan və Türkiyəyə qarşı təhdid mesajları səsləndirən erməni siyasətçiləri tənqid edib.
Hokm.az Metbuat.az-a istinadən xəbər verir ki, erməni siyasətçilər təhdid mesajlarını dayandırmasa bu ölkə üçün növbəti məğlubiyyət olacaq:
“Müharibədən sonra xarici ölkələrə xoş görünmək üçün Azərbaycan və Türkiyəyə qarşı təhdid mesajları səsləndirilir. Seçki prosesində bu danışıq tərzi daha da artacaq. Bu erməni xalqının yenidən məğlubiyyət və üzüntü yaşayacağı anlamına gəlir. Demək ki, erməni xalqı yenidən itkilərə məruz qalacaq, məyus olacaq. Erməni siyasətçiləri və hökuməti məğlubiyyətdən dərs çıxarmalıdır”.