Ermənistan ordusu Azərbaycandan Naxçıvana uzanacaq nəqliyyat dəhlizinin mühafizəsində iştirak etməyəcək.
Hokm.az xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan RİA “Novosti”yə müsahibəsində deyib.
Azərbaycan-Naxçıvan kommunikasiya xəttininin “dəhliz” adlandırılması ilə razılaşmayan erməni nazir bildirib ki, Ermənistan yalnız öz öhdəliklərinə uyğun olaraq yuxarıda göstərilən nəqliyyat rabitəsinin təhlükəsizlik tələblərinə riayət olunmasını təmin edəcək: “Ordunun bu işə cəlb edilməsi məsələsi hazırda prioritet deyil. Nəqliyyat kommunikasiyalarına nəzarət Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Mühafizəsi orqanlarına həvalə edilib”.publika