Ermənistan Müdafiə naziri Arşak Karapetyan Moskvaya gedib.
Hokm.az xəbər verir ki, bu barəsə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Karapetyan noyabrın 10-da Moskvada keçiriləcək MDB ölkələri müdafiə nazirləri şurasının növbəti iclasında iştirak edəcək.
Xatırladaq ki, bu gün Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov da həmin toplantıya qatılmaq üçün Moskva şəhərinə yola düşüb.
Müdafiə nazirləri Şurasının iclasında MDB ölkələri arasında hərbi sahədə əməkdaşlıq və hərbi təhlükəsizlik məsələləri müzakirə ediləcəklər.Publika.az