Ermənistan MN öz ombudsmanının iddialarını yalanladıbackend

Ermənistan MN öz ombudsmanının iddialarını yalanladı

Ermənistanın Müdafiə Nazirliyi ölkənin ombudsmanı Arman Tatoyanın Azərbaycanla bağlı bəyanatının həqiqətə uyğun olmadığını açıqlayıb.
Hokm.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ermənistanın Müdafiə Nazirliyi ombudsmanın “Qeqarkunik vilayətinə daxil olan Azərbaycan Silahlı Qüvvələrinin fəal olaraq öz mövqelərini möhkəmləndirməsi və digər mühəndis işlərinin aparılması” ilə bağlı öz feysbuk hesabında yaydığı məlumatda bir sıra qeyri-dəqiq məqamların olduğunu deyib.

Bununla yanaşı, Ermənistanın Müdafiə Nazirliyi sözügedən məlumatda azərbaycanlıların böyük sığınacaqlar inşa etməsi, odun ehtiyatları yığması və yolların çəkilməsi ilə bağlı məqamları açıq-aydın şişirdilmiş adlandırıb.

“Hazırda Azərbaycan Silahlı Qüvvələri aktiv mühəndis işləri aparmır, böyük sığınacaqlar və yaxud yeni yollar inşa edilmir. Bununla yanaşı, belə bir işlə bağlı cəhdlər Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən uğurla alınır”, – deyə Nazirliyin məlumatında qeyd olunub.
Ermənistanın Müdafiə Nazirliyi, həmçinin azərbaycanlı hərbçilərin və silahların sayının artırılması barədə məlumatları da təsdiq etməyib.
Qeyd edək ki, yuxarıda qeyd edilən iddiaları Ermənistanın ombudsmanı oktyabrın 18-i paylaşıb.

  •  (0)
  •  (0)