Ermənistan-Azərbaycan danışıqlarında vacib istiqamətlər üzrə gündəlik formalaşıbbackend

Ermənistan-Azərbaycan danışıqlarında vacib istiqamətlər üzrə gündəlik formalaşıb

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Ermənistanla Azərbaycan arasında danışıqlar prosesində oynadığı vasitəçilik rolunu yüksək qiymətləndirib.

Hokm.az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev noyabrın 11-də Bakıda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli qəbul edərkən bildirilib.

Şarl Mişel Bakıda bu gün start götürən COP29-da iştirak etmək üçün Azərbaycana gəlib.

Dövlət başçısı vurğulayıb ki, məhz Şarl Mişelin vasitəçiliyi dövründə Ermənistanla Azərbaycan arasında danışıqlar prosesinin strukturu və vacib istiqamətlər üzrə gündəliyi formalaşıb.

  •  (0)
  •  (0)