Vətən Müharibəsinin gedişində Azərbaycana məğlub olan düşmən savaşın sonuna yaxın bir sıra maddi-mədəniyyət nümunələrini, o cümlədən Azərbaycan xalçalarını Qarabağdan oğurlamışdı.
Hokm.az Modern.az-a istinadən xəbər verir ki, ermənilərin vaxtı ilə Şuşada yaratdıqları “xalça muzeyi”ndən Ermənistana 120 xalça aparılıb. Səfəvilər dövləti, Qarabağ xanlığı və Rusiya İmperiyası dövründə toxunan xalçalar hazırda Yerevanda Memarlıq Muzey-İnstitutunda sərgilənir. Qarabağ xalçalarının sərgisi 6 ay davam edəcək.
Muzeyin direktoru Mark Qriqoryan xalçaların 2020-ci il noyabrın 1-i gecəsi “Ford” markalı yük maşınında Şuşadan çıxarıldığını deyib. O, ümumilikə, 120 xalça, 45 rəsm əsəri, 30 keramik qab və s.-nin Şuşadan Ermənistana daşındığını əlavə edib.