Ermənilərin Şuşa yaxınlığında daha bir təxribatı – Taksidə posta yaxınlaşdı, qumbara atdı və…backend

Ermənilərin Şuşa yaxınlığında daha bir təxribatı – Taksidə posta yaxınlaşdı, qumbara atdı və…

Xankəndi-Laçın avtomagistralı ermənilərin törətdiyi təxribat nəticəsində qapadılıb.
Ermənistan mediasının yazdığına görə, bu gün səhər saatlarında Şuşanın yaxınlığında ermənilər daha bir insident törədiblər. Noyabrın 8-də diversiya cəhdi zamanı həlak olmuş Martik Eremyanın qardaşı Azərbaycan hərbçilərinin blok-postuna taksidə yaxınlaşıb və ora əl qumbarası atıb.
Bu hadisədən sonra Xankəndi-Laçın yolunu bağlanıb. Hazırda əraziyə heç kim buraxılmır.

Olayın təfərrüatları hələlik bəlli deyil.milli.az

  •  (0)
  •  (1)