Ermənilərin öz hərbçi cəsədlərinə biganəliyi: Qafan morqunda DƏHŞƏTbackend

Ermənilərin öz hərbçi cəsədlərinə biganəliyi: Qafan morqunda DƏHŞƏT

Ermənistanın “Beşinci kanal” televiziyası Qarabağda ölən hərbçilərə ögey münasibət barədə reportaj hazırlayıb.

Hokm.az Modern.az-a istinadən xəbər verir ki, yarımdağılmış binada 50 gündən artıqdır ki, Qarabağda ölən və kimliyi müəyyənləşməyən hərbçilərin cəsədləri çürüyür.

Özbaşınalıq və personalın biganəliyi fonunda hərbçi cəsədlərinin yaxınlarına təhvil verilməsi prosesi ciddi qayda pozuntuları ilə müşayiət olunur.

“Tək ölənlərə deyil, hətbçi yaxınlarına da biganə münasibət ölən hərbçilərin cəsədlərinin tabutda deyil, bəzən paketlərdə yaxınlarına verilməsi ilə nəticələnir. Bu zaman morqun rəhbərliyi ölənlərin kimliyinin tam müəyyənləşdirilmədiyini də əlavə edir”.

Reportaja “Açıq pəncərə altında cəsədlər” adı verilib.

https://www.youtube.com/watch?v=LVWliIdYv7w&feature=emb_logo

  •  (0)
  •  (0)