Ermənilərin dəhşətli rəzilliyi: Peskovun cavabı – VİDEObackend

Ermənilərin dəhşətli rəzilliyi: Peskovun cavabı – VİDEO

Azərbaycanın Vətən müharibəsində darmadağın edilən Ermənistanın danışıqlarda və siyasi proseslərdə mövqe qazanmaq üçün nələrə əl atdığını görəndə dəhşətə gəlməmək olmur.

Ermənilərin növbəti belə həyasızlığı və Rusiyada istifadə cəhdi dillə bağlıdır. Belə ki, erməniyanlı media Kreml sözçüsü Peskova ənənəvi mətbuat konfransında “Dqr”in “ikinci dövlət dili” rus dili olarsa, buna münasibətiniz necə olacaq” sualı ilə müraciət edib.

Qeyd edək ki, de-fakto və de-yure mövcud olmayan keçmiş və qondarma “dqr”in terrorçu-separatçı rəhbəri Arutyunyan “parlamentdə” rus dilinə “dqr”də ikinci dövlət dili statusu verilməsinin müzakirə ediləcəyini bildirib.

Dünənə qədər KTMT-dən və Aİİ-dən çıxmaqla Rusiyanı hədələyən, KTMT baş katibinə cinayət işi açıb həsb edən, “Qazprom” da daxil olmaqla, Rusiyanın Ermənistanda fəaliyyət göstərən nəhəng şirkətlərinə qarşı araşdırma başladan, rus kanallarının Ermənistanda yerli tezliklərdə yayılmasını qadağan edən Ermənistan hakimiyyəti Rusiyaya sevgisini bildirir, dünənə qədər Putini ən ağır söyüşlərlə təhqir etməyi peşəsinə çevirən erməni mediası isə ruscanın mühümlüyü və “dqr”dəki istifadəsinin perspektivlərinə münasibət öyrənir.

Əlbəttə, Peskov bu təşəbbüsü alqışlayıb, heç kəsi buna məcbur etmədiklərini bildirərək, ruscanın Azərbaycanda və Ermənistanda işlək olduğunu fəxarətlə deyib, “Qarabağda da” sözlərini isə erməni mediası xüsusilə fərqləndirərək, bunu manşet ediblər.

Əsas məqsəd rusca deyil, əsas hədəf “dqr”in “dövlət dili”ni Peskovun alqışlaması”nı hansısa formada təqdim etməkdir.

Bu primitiv, xəstə yaltaqlığın ilk baxışda “işə keçməyəcəyi”, Rusiyanın hər kəsin simasını, niyyətini yaxşı bildiyi haqda böyük məmnuniyyətlə yazmaq istərdik. Təəssüf ki, yaza bilməyəcəyik: çünki Rusiya həqiqəti bilsə də, elə məhz buna nail olmaq istəyirdi – ermənilərin diz üstə çöküb, yalvarmalarını, yaltaqlanmalarını, öz olmayan ləyaqətlərini ayaqlar altına atmaqlarını.axar.az

  •  (5)
  •  (3)