Ermənilərə qarşı çıxan azərbaycanlılar Rusiyaya buraxılmayacaq: Qadağa qoyuldubackend

Ermənilərə qarşı çıxan azərbaycanlılar Rusiyaya buraxılmayacaq: Qadağa qoyuldu

Rusiyanın Sankt-Peterburq şəhərində ermənilərə qarşı aksiyalarda iştirak edən çox sayda azərbaycanlının ölkəyə girişinə qadağa qoyulub. Bəzilərinin müvəqqəti yaşamaq icazəsi ləğv edilib.

Hokm.az xəbər verir ki, onlarla şəxsin inzibati məsuliyyətə cəlb olunduğuna dair xəbərlər var. Bu barədə “Fontanka” yazıb. Saytın yazdığına görə, Nevski prospektində nəqliyyatın hərəkətinin dayanması ilə nəticələnən aksiyada iştiraka görə 21-31 yaşlı azərbaycanlılara qarşı tədbirlər görülüb. Onlar razılaşdırılmamış aksiyada iştirakda ittiham olunublar.

Aksiya iştirakçılarından bir neçəsi barədə administrativ qərar verilib. Bunlar əsasən, avtomobilin kabinasından başqa yerdə sərnişin gəzdirənlər, sığortasız avtomobil idarə edənlər, təhlükəsizlik kəmərindən istifadə etməyənlər olub.

Saxlanılanlardan 10 nəfərinin Rusiyaya girişinə 3 il müddətində qadağa qoyulub. Bir nəfər barəsində isə bu qərar 5 il müddətinə verilib. Sözgedən askiya bu ilin noyabrında, Qarabağda Vətən müharibəsi başlayanda keçirilib.Cebhe.info

  •  (0)
  •  (0)