Ermənistanda sosial şəbəkələrdə paylaşılan foto ölkədə təşvişə səbəb olub.
Hokm.az Metbuat.az-a istinadən xəbər verir ki, erməni ictimai fəal Narek Samsonyanın paylaşdığı fotoda NATO hərbi geyimində olan bir nəfər və yanında dayanmış erməni polis əks olunub.
O bu fotonu paylaşaraq iddia edib ki, Azərbaycan hərbçiləri artıq Ermənistandakı marketlərdən alış-veriş edirlər.Bu müddətdə onları isə erməni polisləri müşayidə edirlər.
”Hal-hazırda 4 azərbaycanlı İrəvan şəhərində erməni polislər və Müdafiə Nazirliyinin işçiləri birlikdə marketdən alış-veriş edirlər. Sabah evləriniz eyni insanlar tərəfindən müşayiət olunacaq”.
Qeyd edək ki, fotodakı şəxsin guya azərbaycanlı olması erməni aktivistin düşüncəsinin məhsuludur.