İkinci Qarabağ müharibəsi dövründə Ermənistan ordusunun “İskəndər-M” raketindən istifadə etməsi ilə bağlı araşdırmalara davam etdirilir.
Hokm.az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiyanın “pravda.ru” nəşri yazır.
Müəllif Aleksandr Artamonovun sözlərinə görə, raketin istifadəsi faktı ilə bağlı aparılmış ilkin araşdırmalar nəticəsində müəyyən olunub ki, ixrac üçün qadağan edilən “İskəndər-M” raketi Rusiyanın hərbi anbarlarının birindən oğurlanaraq gizli yollarla Ermənistana gətirilib
Qeyd olunur ki, Rusiyada Yerevanın güclü hərbi lobbisinin maraqlarına xidmət edən gizli cinayətkar şəbəkə fəaliyyət göstərib və bu şəbəkədən çox böyük ehtimalla baş nazir Nikol Paşinyanın xəbəri olub.
Müəllif vurğulayır ki, müharibənin son günlərində Ermənistan tərəfinin “İskəndər-M” raketindən istifadəsi yalnız bir məqsəd güdürdü: Onlar hər cəhdlə Rusiyanı münaqişəyə cəlb etməyə çalışırdılar.