Erməni qızlarını Qarabağdakı bu kəndə gətirdilər – SƏBƏB / VİDEObackend

Erməni qızlarını Qarabağdakı bu kəndə gətirdilər – SƏBƏB / VİDEO

Kənd əhalisinin əvvəllər köçmüş hissəsi, xüsusən qadınlar və uşaqlar tədricən geri qayıdırlar. Şuşa-Laçın yolundakı bu kənddə hazırda 60 erməni qalıb.

Bir müddət əvvəl azərbaycanlılar kəndə nəzarəti ələ keçirməyə çalışırdılar. Lakin erməni tərəfi Rusiya sülhməramlıları ilə görüşdü və sülhməramlılara Yexsaoxun ermənilərin əlində qalmalı olduğunu sübut etdi. Kənd erməni bölmələri tərəfindən qorunur. Bu sözləri Şuşa rayonunun sovet dövründən “Yexsaox” adlandırılan, lakin 1991-ci ildən həmin ərazidə erməni terrorçuları tərəfindən qətlə yetirilmiş Milli Qəhrəman Salatın Əsgərovanın şərəfinə Salatınkənd adı verilmiş kəndin qanunsuz rəhbəri Artak Akopyan “Sputnik Ermənistan”-a açıqlamasında söyləyib.

O, bildirib: İndi Azərbaycan hərbçiləri kənddən 4 km məsafədədirlər. Onlar öz mövqelərindədir, biz də özümüzün. Bütün kəndlərlə əlaqə var. Vəziyyət sabitdir. Azərbaycanlılar tərəfdən də sakitlikdir.

Kənd əhalisinin əvvəllər köçmüş hissəsi, xüsusən qadınlar və uşaqlar tədricən geri qayıdırlar. Məktəbdə dərslər yanvar ayında başlayacaq. Kənddə əvvəllər təxminən 180 erməni yaşayıb. İndi isə 60 nəfər qalıb. Kənddə ciddi problem yoxdur; su, işıq, qaz var bir neçə gün əvvəl verilməyə başlanıb…”- deyə Akopyan bildirib.
Bildirək ki, Şuşa-Laçın yolu üzərində yerləşən Salatınkənd ərazisinə XIX əsrdən köçürülmüş ermənilər sovet dövründə də orada yaşayıb və Azərbaycan vətəndaşı sayılıblar. Odur ki, Azərbaycan dövlətinin və şəxsən Prezident İlham Əliyevin mövqeyinə görə, Qarabağda münaqişə başlananadək Azərbaycan yaşayış məntəqələrində yaşamış və hazırda sənədləri ilə bunu təsdiqləyəcək və yenidən Azərbaycan vətəndaşlığını qəbul edəcək erməni sakinlərin həmin məntəqələrdə yaşamaq hüququ qorunur və onlar dövlətimiz tərəfindən bütün yaşayış imkanlarıyla təmin edilməlidir. Ancaq qanuni yaşadıqları şəhər, qəsəbə və ya kəndlərdəki ermənilərin silahlanaraq hərbi birləşmələr təşkil etməsi qanunla qadağandır və 10 Noyabr razılaşmasına əsasən hazırkı şəraitdə ərazidə atəşkəsin qorunmasını təmin edərək sabitliyi qorumalı olan Rusiya sülhməramlıları silahlı sakinləri tərksilah etməlidir.
Hazırda isə Rusiya sülhməramlılarının mühəndis birləşmələri Qarabağın ermənilər yaşayan ərazilərində, xüsusilə Xankəndi ətrafında mina axtarmaq işini davam etdirirlər. Son məlumata görə, Dağlıq Qarabağda 280 hektardan çox ərazi minalardan təmizlənib və 9 mindən çox partlayıcı qurğu zərərsizləşdirib. Rusiya Müdafiə Nazirliyinin saytı xəbər verir ki, sülhməramlı qüvvələrinin mühəndis bölmələri Xankəndinin şimal ətraflarının minalardan təmizlənməsi işini tamamlayıb. Məlumatda qeyd olunur ki, Rusiya sülhməramlıları minaların təmizlənməsində müasir robot texnikalarından istifadə edirlər. Ərazilərin minalardan və partlayıcı obyektlərdən təmizlənməsi zamanı müasir çoxfunksiyalı “Uran-6” robot sistemləri işə salınır.
Ümumilikdə, Dağlıq Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri 175 hektar ərazini, 49 kilometrdən çox yolu, 400-dən çox yaşayış binasını və sosial obyekti təmizləyib və 5000-ə yaxın partlayıcı obyekt aşkar edərək zərərsizləşdirib.

Bir müddət əvvəl azərbaycanlılar kəndə nəzarəti ələ keçirməyə çalışırdılar. Lakin erməni tərəfi Rusiya sülhməramlıları ilə görüşdü və sülhməramlılara Yexsaoxun ermənilərin əlində qalmalı olduğunu sübut etdi. Kənd erməni bölmələri tərəfindən qorunur. Bu sözləri Şuşa rayonunun sovet dövründən “Yexsaox” adlandırılan, lakin 1991-ci ildən həmin ərazidə erməni terrorçuları tərəfindən qətlə yetirilmiş Milli Qəhrəman Salatın Əsgərovanın şərəfinə Salatınkənd adı verilmiş kəndin qanunsuz rəhbəri Artak Akopyan “Sputnik Ermənistan”-a açıqlamasında söyləyib.Xankəndi ətrafının minalardan təmizlənməsi haqda xəbərlər diqqət çəkir. Çünki 29 ilə yaxındır Xankəndi və ətraf rayonlar erməni işğalı altında olub və o zaman şəhər ətrafının niyə minalanması haqlı sual doğurur. Sözügedən əraziləri Azərbaycan tərəfi məntiqlə heç vaxt minalaya bilməzdi. Ermənilər də uzun illər işğal zonasında kefləri istədikləri kimi gəzib-dolaşdıqlarından “öz ayaqlarının altını” minalaması məntiqsiz görünərdi. O halda anlaşılan budur ki, ermənilər müharibə başlayandan, bəlkə də artıq Şuşa işğaldan azad edildikdən sonra Xankəndi ətrafını özləri minalayıblar.

Xankəndində neçə sülhməramlı var?

Rusiya sülhməramlılarının neçəsinin Xankəndi şəhərində yerləşməsi də maraqlı suallardan biridir. Rusiya rəsmi mənbələri bu rəqəmin 250 nəfərlik heyətdən ibarət olduğunu deyir. Bu yaxınlarda Xankəndində 250 nəfərlik sülhməramlı kontingent üçün blok-modullu şəhərciyin tikintisi başa çatıb. Şəhərcik idman zalı, zabit evi, hamam, tibbi yardım məntəqəsi, yeməkxana, mətbəx, silah saxlama otağı və s.ibarətdir. Şəhərcikdən +35 və -45 dərəcə arasın açıq hava temperaturunda istifadə edilməsi mümkündür.

 

  •  (1)
  •  (0)