Bölgədə kommunikasiyaların blokadan çıxarılması prosesi inkişaf edərsə, Naxçıvan-Mehri dəmiryolu (Zəngəzur dəhlizi-red) və İcevan vasitəsilə yeni dəmir yolları çəkiləcək.
Hokm.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın ərazi idarəçiliyi və infrastruktur naziri Qnel Sanosyan deyib.
Onun sözlərinə görə, nəqliyyat əlaqələri bərpa ediləcəksə, bu, Ermənistanın bütün qonşu ölkələrin xeyrinə olacaq.
“Dəmir yolu xətləri SSRİ vaxtında mövcud olan istiqamətlər üzrə həyata keçiriləcək. Kommunikasiyaların tamamilə blokadan çıxarılmasından sonra hər iki istiqamət (Mehri (Zəngəzur dəhlizi) və İcevan) iqtisadi cəhətdən sərfəli olacaq”, – erməni nazir bildirib.