“Uğursuz ali baş komandan, ordu pozğunu yüksək vəzifəyə təyin edəndə və sərhəd müdafiəsini ona həvalə edəndə təbii olaraq biz məğlub olmalı idik”, – deyə Minasyan bildirib və qeyd edib ki, Ermənistan Sərhəd Qoşunlarının komandirini nəzərdə tutur.
Minasyanın sözlərinə görə, müharibə hələ Cəbrayılda olanda Ermənistanın ali baş komandanı Sünikdə “gəlin Süniki xilas edək” deyirdi və ilk çaxnaşmanı yaradan o idi.
“Hələ yanvar ayında Nikol Paşinyan mətbuat konfransında bildirib ki, Tatev-Ağvan yolu inşa edilir. Paşinyan hələ o başdan bilirdi ki, Gorus-Qafan yolunu təhvil verəcək. Və bu yolu inşa etməyə başladı”, – deyə o qeyd edib.
“Sisakan” dəstəsinin komandiri deyib ki, Nikol Paşinyan sərxoş vəziyyətdə əmr verib.
“Ölkəmizin ali baş komandanı qeyri-adekvat, tez-tez olduğu kimi bəlkə də sərxoş vəziyyətdə əmr verir ki, əgər Lələtəpəni ələ keçirə bilsəniz, qəhrəman rütbələri ilə mükafatlandıracam. Uğursuz generalitet bunu reallıq və əmr kimi qəbul edirlər, hücuma keçirlər, stansiyaya, Kənd Horadiz kəsişməsinə qədər çatırlar. Mən və general Manvel Qriqoryan müzakirə edirik. Paşinyana ora çatdıqlarını məruzə edəndə o, birinə general, ikisinə qəhrəman rütbəsi verir. Mən rəqibə neçə tank buraxdığımızı, nə qədər qoşun verdiyimizi təqdim etməyəcəm, çünki artıq hamımıza məlumdur ki, nə qədər itki verə bilərdik. Əgər piyada, əsgər tanklarla eyni yerdə deyillərsə, tanklar hədəf olurlar və belə oldu. Qoşun böyük sürətlə geri çəkilməyə başlayır. Mən bilmirəm buna geri çəkilmə, yoxsa qaçış deyim, amma bu generalitet adlanana ayıbdır”, – deyə o əlavə edib.
Aşot Minasyan Füzuli yaxınlığında baş verən hadisə haqqında danışaraq bildirib: “Nikol Paşinyan, görünənə əsasən, sərxoş vəziyyətdə Lələtəpəni ələ keçirməyi əmr edib, nəticədə qoşunlarımız itkilər verib və sürtətlə geri çəkilməyə başlayıb. Söhbət o əməliyyatdan gedir ki, əməliyyat zamanı iki general “milli qəhrəman” rütbəsi aldı. Mən “Sisakan” alayının komandirlə birlikdə necə qaçdığını lentə almışam”.
Erməni komandir deyib ki, müharibə zamanı könüllülər sahibsiz qalıb, idarəetmə olmayıb.
“Biz həmçinin ona görə məğlub olmuşuq ki, könüllüləri sahibsiz qoymuşuq. İdarəetməmiz, müvafiq vəzifələrə təyin edilmiş insanlarımız olmayıb. Əsgər heç bir şey etməmiş, qaçmış komandirinin necə qəhrəman rütbəsi aldığını görəndə təbii olaraq onda sual yaranır ki, niyə qəhrəman rütbəsi veriblər, geri çəkilmə, məğlubiyyət, qaçış üçün? Qaçan qoşunun komandirinə qəhrəman rütbəsi verirlər?”, – deyə Aşot Minasyan qeyd edib.
Minasyan deyib ki, sentyabrın 27-də rəqib tərəfindən müharibəyə başlamağın əsas səbəbi Ermənistanın rəhbərinin zəif olması idi.
“Məğlubiyyət üçün də əsas günahkar Nikol Paşinyandır”, – deyə Minasyan bildirib.